AMEA Naxçıvan Bölməsi

Naxçıvanlı alimlər məhv edilmiş abidələrimizlə bağlı keçirilən elmi konfransda iştirak ediblər


28.12.2020 / 09:11Mühüm hadisələr



   AMEA-nın Mərkəzi Elmi Kitabxanasının  təşkilatçılığı ilə 25 dekabr 2020-ci il tarixdə “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” mövzusunda vebinar - respublika elmi konfransıkeçirilib. Zoom proqramı vasitəsi ilə keçirilən konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov da iştirak ediblər.

   “Ermənistanda məhv edilən və mətnləri təhrif olunan bəzi epiqrafik abidələr haqqında” çıxış edən professor H.Səfərli Ermənilərin məqsədli şəkildə Qərbi Azərbaycan ərazisindəki müsəlman-türk epiqrafikasına aid kitabələri məhv etməsini, mətnlərin təhrif edilməsini elmi faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırıb.

   Alim bildirib ki, XX əsr boyu əsasən gizli şəkildə həyata keçirilən bu terror Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən,  azərbaycanlıların yurd-yuvasından didərgin düşməsindən sonra  açıq və kütləvi hal almışdır. Ermənilərin Qərbi Azərbaycan ərazisində qalan müsəlman-türk epiqrafikasına aid kitabələrin izini itirmək, onları sıradan çıxarmaq üçün istifadə etdikləri müxtəlif vasitələrdən biri də kitabələrin mətninin təhrif edilməsi olmuşdur. Tədqiqatçı qeyd edib ki, tаrixin sаxtаlаşdırılmasında ixtisаslаşmış еrməni аlimləri Аzərbаycаn mеmаrlığının gözəl nümunəsi оlаn və indiyədək yаxşı vəziyyətdə gəlib çаtаn  Zəngəzurun Səlim aşırımındakı “Şah Abbas karvansarası” və onun kitabəsi üzərində də özlərinə məxsus “əməliyyаtlаr аpаrmış”, аbidənin inşаsı hаqqındа əsl həqiqəti əks еtdirən kitаbəni məhv еdərək оxunmаz hаlа sаlmışlar. Ermənilər müsəlman-türk qəbiristаnlıqlаrındа оrtа əsr Аzərbаycаn  sənətkаrlаrı tərəfindən yаrаdılmış dаş qоç və qоyun hеykəllərini dаşıyаrаq İrəvаn şəhərinə аpаrmış, оnlаrın üzərində həkk еdilmiş Аzərbаycаn xаlqınа məxsus kitаbə, оrnаmеnt və təsvirləri məhv еtmişlər.  O vurğulayıb ki, Erməni vandalları nə qədər cəhd etsə də, tarixi saxtalaşdıra bilməzlər. Bu ərazidə olan hər bir maddi mədəniyyət nümunəsi kimi epiqrafik abidələr də Azərbaycan xalqına, müsəlman-türk mədəniyyətinə  məxsusdur.

   “Erməni vandalizminə məruz qalmış Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin  Naxçıvanda izləri” mövzusunda çıxış edən  Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov  qeyd edib ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli  və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri var.  Bu ərazi Quruçay, Aşel, Mustye, Üst Paleolit, Mezolit, Neolit,  Erkən, Orta, Son Tunc dövrü kimi bir çox qədim mədəniyyətlərin mərkəzidir. Belə arxeoloji mədəniyyətlərdən biri də Xocalı-Gədəbəy mədəniyyətidir. Qarabağ torpağında bu mədəniyyətin daşıyıcılarının Xocalı, Ballıqaya, Dovşanlı, Axmaxı, Şuşa, Borsunlu, Sarıçoban Bəyimsarov, Üçtəpə, Qaratəpə və digər abidələr olduğunu söyləyən tədqiqatçı bildirib ki, sözügedən abidələr Ermənistan silahlı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdılsa da, onlar öz məqsədlərinə nail ola bilməmişlər. Qarabağla yanaşı, Şimali və Cənubi Azərbaycanın bir çox yerlərində, Şərqi Gürcüstanda bu mədəniyyət geniş yayılaraq öz varlığını qoruyub saxlamışdır.

   I Kültəpə, II Kültəpə, Qızılburun, Vayxır qalası, Çalxanqala və digər abidələrin strukturu, eləcə də buradan aşkar olunmuş maddi mədəniyyət nümunələri Xocalı-Gədəbəy mədəniyyətinin Naxçıvana da təsir etdiyini, bu ərazidə də yayıldığını sübut edir. Naxçıvandakı qəbir abidələrində olduğu kimi Xocalı-Gədəbəy mədəniyyəti abidələrində də qədim türk adət-ənənələrinin izlənilməsi Qarabağın qədim Azərbaycan torpağı olduğunu, bu ərazidə tarixən türklərin yaşadığını sübut edən artefaktlardandır.

   Əməkdaşlarımızın çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.