AMEA Naxçıvan Bölməsinin fəaliyyəti dövründə Bölmə əməkdaşları 28 patent almışlar, bunlardan 21-i ixtira, 2-si seleksiya nailiyyəti, 5-i sənaye nümunəsidir. Patentlərin 25-i Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, 2-si isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənmişdir. Patentlərin hazırlanmasında AMEA Naxçıvan Bölməsinin 11 elmi işçisi iştirak etmişdir, onlardan 1-i akademik, 1-i elmlər doktoru, 7-si fəlsəfə doktoru, 2-si elmi işçi olmuşdur.
No.
Patent müəllifi
Patentin adı
Növü
Seriya No.
1
Rzayev B.Z.
Sürmə filizindən sürmə(III)sulfidin alınma üsulu
Patent (ixtira)
I 2006 0128
2
Rzayev B.Z.,
Qarayev Ə.M.
Yüksək təmizlikli kalsium xloridin alınma üsulu
Patent (ixtira)
I 2006 0129
3
Rzayev B.Z.
Mis(I)tiostibitin alınma üsulu
Patent (ixtira)
I 2006 0130
4
Rzayev B.Z.,
Qarayev Ə.M.
Natrium xloridin təmizlənməsi üsulu
Patent (ixtira)
I 2006 0131
5
İbrahimov M.N.
Qaz yandırıcı qurğu
Patent (ixtira)
I 2008 0004
6
Rzayev B.Z.
Təmizlənmiş natrium bikarbonatın alınması üsulu
Patent (ixtira)
I 2008 0037
7
Rzayev B.Z.
Arsen sulfidin alınma üsulu
Patent (ixtira)
I 2009 0153
8
Rzayev B.Z.,
Hüseynəliyev M.H.,
Rzayeva A.B.
Mis(I)tioindatın alınma üsulu
Patent (ixtira)
I 2009 0154
9
Rzayev B.Z.
Arsen(III)selenidin alınma üsulu
Patent (ixtira)
I 2010 0104
10
Məmmədova F.S.
Sürmənin (V) fotometrik təyini üsulu
Patent (ixtira)
I 2010 0105
11
Rzayev B.Z.
Metal arsenin alınma üsulu
Patent (ixtira)
I 2010 0106
12
Rzayev B.Z.
Arsen(III)oksidin alınma üsulu
Patent (ixtira)
I 2010 0107
13
Qəhrəmanov S.H.,
Əmirov R.V.,
İbrahimov S.Ə.
İlbizlər ilə mübarizə üçün tərkib
Patent (ixtira)
I 2010 0126
14
Qəhrəmanov S.H.
İtburnu şirəsinin hazırlanması üsulu
Patent (ixtira)
I 2012 0013
15
Qəhrəmanov S.H.,
Əmirov R.V.,
İbrahimov S.Ə.
Paxlalı bitkilərin becərilməsində torpağın zənginləş¬dirilməsi üsulu
Patent (ixtira)
I 2012 0014
16
Rzayev B.Z.,
Qarayev Ə.M.,
Əliyev H.N.
Molibden(IV)oksidin alınma üsulu
Patent (ixtira)
I 2013 0003
17
Rzayev B.Z.,
Qarayev Ə.M.
Sürmə(III)selenidin alınma üsulu
Patent (ixtira)
I 2013 0004
18
Hüseynəliyev M.H.
“Qoç” səki daşı.
Patent (sənaye nümunəsi)
S 2013 0016
19
Hüseynəliyev M.H.
Dekorativ ornament
Patent (sənaye nümunəsi)
S 2014 0038
20
Talıbov T.H.,
Əmirov R.V.,
Məmmədov Z.A.,
Fətullayev P.Ü.
Payızlıq arpa “Qılcıqlı-85”
Patent (seleksiya nailiyyəti)
2014 00169
21
Talıbov T.H.,
Əmirov R.V.,
Hacməmmədov İ.M,
Fətullayev P.Ü.
Noxud “Qaraca-85”
Patent (seleksiya nailiyyəti)
2014 00171
22
Rzayev B.Z.,
Rzayeva A.B.,
Qarayev Ə.M.,
Quliyev R.Y.
Element kükürdün həll edilmə üsulu
Patent (ixtira)
I 2015 0046
23
Rzayev B.Z.,
Rzayeva A.B.,
Qarayev Ə.M.
İndium(III)sulfidin alınması üsulu
Patent (ixtira)
I 2015 0047
24
Hüseynəliyev M.H.
“Buta” səki daşı
Patent (sənaye nümunəsi)
S 2015 0008
25
Məmmədov G.A.
Erionit tipli seolitin alınma üsulu
Patent (ixtira)
I 2016 0117
26
Məmmədov G.A.
Tomsonit tipli seolitin alinma üsulu
Patent (ixtira)
I 2016 0118
27
Hüseynəliyev M.H.
“Quş” səki daşı
Patent (sənaye nümunəsi)
S 2016 0021
28
Hüseynəliyev M.H.
“Dəvə” səki daşı
Patent (sənaye nümunəsi)
S 2017 0008
2016-cı ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”ndə kimya üzrə elmlər doktoru Bayram Rzayev, kimya üzrə fəlsəfə doktoru Əhməd Qarayev, kimya üzrə fəlsəfə doktoru Aliyə Rzayeva və elmi işçi Rafiq Quliyev müəllifi olduqları “Element kükürdün həll edilmə üsulu” ixtirası III dərəcəli diploma və pul mükafatına layiq görülmüşdür.
2017-ci ildə kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV respublika müsabiqəsində yer tutmuş və mükafatlandırılmışdır. 2018-ci ildə Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən keçirilən ixtiraçılıq sahəsində V respublika müsabiqəsində yer tutmuş və mükafatlandırılmışdır. “Qoç”səki daşı Naxçıvan şəhərində səkilərin döşənilməsində istifadə olunur.