AMEA Naxçıvan Bölməsi

Hamiliyə götürülən tələbələrə elmi-praktik seminar keçirilib


20.12.2020 / 10:58Mühüm hadisələr



   AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Tarix” ixtisası üzrə III kurs tələbələri üçün “Xalqımızın etnoqrafiyası” mövzusunda elmi-praktik seminar keçirilib.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ci il tarixdə imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən seminarda Azərbaycan ərazisində ən qədim zamanlardan insanların məskən salması, təşəkkül tapması, təsərrüfat həyatı, sənətkarlıq və maddi mədəniyyət nümunələri haqqında məlumatlar tələbələrin diqqətinə çatdırılmışdır.

   “Etnoqrafiya elmi də arxeologiya kimi tarix elminin mühüm tərkib hissəsidir”,- deyən tədqiqatçı Aytəkin Qəhrəmanova bildirib ki, bu elm sahəsi təkcə hər hansı bir materialı təsvir etməklə deyil, eyni zamanda onun bərpası ilə məşğuldur.

   İnstitutun nəzdində fəaliyyət göstərən “Arxeologiya və Etnoqrafiya” muzeyində baş tutan seminarda tələbələrə Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji ekspedisiyalar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri, onların məişətdə istifadəsi haqqında məlumat verilmiş, sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.