AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq konfransın elmi komitəsinə üzv seçilib


21.11.2020 / 10:33Mühüm hadisələr



   AMEA Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov 24-25 fevral 2021-ci il tarixində Ümumrusiya Meyvə Bitkilərinin Seleksiyası Elmi-tədqiqat İnstitutunun, Belarusun Meyvəçilik İnstitutunun, Almaniyanın Mədəni Bitkilər Federal Araşdırmalar Mərkəzinin, Bolqarıstanın Meyvəçilik İnstitutunun və Latviya Kənd təsərrüfatı Universitetinin Bağçılıq İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək “Biologiya və kənd təsərrüfatında fundamental və tətbiqi elmi tədqiqatlar: aktual məsələlər, nailiyyətlər və yeniliklər” mövzusunda beynəlxalq konfransın elmi komitəsinə üzv seçilib. Əməkdaşımızla yanaşı komitədə Rusiya, Belarus, Latviya, Almaniya, Moldova, Nepal, Tacikistan, Bosniya və Hersoqovinadan olan elm adamları da yer alıb.
    Qeyd edək ki, konfrans materialları SCOPUS tərəfindən indeksləşdirilmiş, Fransanın “EDP Sciences” nəşriyyatı tərəfindən çap olunan beynəlxalq indeksli "E3S Web of Conferences" (E3S- Ətraf mühit, Enerji və Yer elmləri) jurnalında dərc olunacaq. Həmçinin müəllifin istəyi əsasında məqalələrin Estoniyanın SCOPUS indeksli “Aqronomiya araşdırmaları” jurnalında nəşri də nəzərdə tutulmuşdur. Konfrans materiallarının qəbulu 2021-ci il 19 fevral tarixinədək davam edəcək.
    Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://en.farba.vniispk.ru/