AMEA Naxçıvan Bölməsi

AMEA-nın müxbir üzvü Beynəlxalq konfransda iştirak edib


16.11.2020 / 17:11Mühüm hadisələr



   AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri,AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Fransanın Lion şəhərində keçirilən “Keçid dövründə dünyalar: Neolit dövründən Dəmir dövrünədək Qafqazda miqrasiya, yenilik və ətraf mühitin dəyişməsi” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib.

   Üç gün davam edən beynəlxalq tədbirdə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanın Erkən Eneolit mədəniyyətinin formalaşmasında pastoral həyat tərzinin rolu” mövzusunda məruzə ilə çıxış edib. Tarixçi alimin çıxışı maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb. İştirakçıların çoxsaylı sualları cavablandırılıb.

   Konfransda, həmçinin Naxçıvanda aparılan tədqaqatlarla bağlı Beynəlxalq Azərbaycan-Fransa Arxeoloji ekspedisiyasının üzvləri Katerine Marro, Mariya Oranj, Remi Berton, Nikolas Gailhard məruzələrlə çıxış ediblər.