AMEA Naxçıvan Bölməsi

Beynəlxalq tədbirdə Naxçıvanın qədim arxeoloji abidələrindən danışılıb


02.11.2020 / 16:14Mühüm hadisələr



   AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov TürkiyəCümhuriyyətininİstanbul şəhərində keçirilən VI Beynəlxalq TÜRKCESS “Təhsil və Sosial Elmlər Konqresi”ndə iştirak edib.

   12 ölkənin 200-dən çox elm və təhsil adamlarının qatıldığı tədbirdə Toğrul Xəlilov “Naxçıvanın Tunc dövrü mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.

   Məruzədə Naxçıvan ərazisindəki qədim yaşayış yerləri və nekropollardan aşkar olunmuş Erkən, Orta və Son Tunc dövrü arxeoloji materiallardan bəhs edilib. Qeyd olunub ki, Maxta, Ovçulartəpəsi, Xələc, I Kültəpə, II Kültəpə, Qızılburun, Şahtaxtı və digər abidələrin hər birində Naxçıvanın zəngin tarixi, mədəniyyəti yaşayır. Aşkar olunan arxeoloji materiallar, maddi və mənəvi mədəniyyətimizə aid əldə olunan elmi faktlar Naxçıvanın qədim türk yurdu olduğunu sübut edir.