AMEA Naxçıvan Bölməsi

Akademik İsmayıl Hacıyevin bayram təbriki


09.04.2024 / 22:15Mühüm hadisələr



Hörmətli həmkarlar!
 
Sizi birlik, bolluq və həmrəylik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul etsin.
Multikultural dəyərlərin qorunduğu, bütün dinlərə və din daşıyıcılarına hörmətlə yanaşılan Azərbaycanda xalqımız yüksək humanizm ideyaları ətrafında sıx birləşib. Dinlərin ən alisi olan İslamın əsas şərtlərindən olan orucluğu yüksək əhvali-ruhiyyə ilə başa çatdırırıq. Oruc tutmaq Yaradana ibadət olmaqla yanaşı, həm də mənəvi paklığa, ruhən saflaşmağa xidmət edən ibadətimizin əsasıdır. Bu ibadəti sağlam şəkildə başa vurmaq, sözün əsl mənasında, biz - müsəlmanlar üçün xoşbəxtlikdir.
Əziz Bölmə əməkdaşları,
Sizi və bütün doğmalarınızı Ramazan bayramı münasibətilə bir daha təbrik edir, sizə möhkəm cansağlığı, səadət dolu günlər, səmərəli elmi fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.
 
 
Hörmətlə
İsmayıl HACIYEV,
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik