AMEA Naxçıvan Bölməsi

Arxeoloji kəşfiyyat araşdırmaları başlayıb


15.04.2024 / 15:52Mühüm hadisələr



Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu tərəfindən hər il muxtar respublika ərazisində arxeoloji kəşfiyyat araşdırmaları həyata keçirilir.

İnstitutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva 11-12 aprel 2024-cü ildə Xələc yaşayış yerində və I Dəmirçi nekropolunda arxeoloji kəşfiyyat axtarışı aparıb. Axtarışlar zamanı Eneolit, Son Tunc və Erkən Dəmir dövrünə aid xeyli sayda keramika məmulatları aşkar olunub. Tapıntılardan bəziləri isə Orta əsrlər dövrünə məxsusdur.
Tədqiqatçının sözlərinə görə həmin abidələrdə gələcəkdə arxeoloji araşdırmaların aparılması nəzərdə tutulub.