AMEA Naxçıvan Bölməsi

Virtual sərgi təşkil olunub


06.04.2024 / 15:32Mühüm hadisələr



Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq virtual sərgi oxucuların istifadəsinə verilib.

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən hazırlanan virtual sərgidə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair Məhəmməd Füzulinin əsərləri ilə bərabər, onun yaradıcılığının, Füzuli fəlsəfəsinin araşdırıldığı kitab və məqalələr oxuculara təqdim edilir. “Böyük Azərbaycan şairi Füzuli”, “Füzuli qəzəlləri şərhi”, “Füzuli poetikası”, “Füzulinin “Həqiqətüs-Süəda əsəri”, “Fuzulinin poetik hususiyyetleri”, “Füzuli düşünür” kimi kitablar həmin əsərlərdəndir.