AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının əməkdaşı Günel Əsgərova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən ixtisasartırma təlimlərində iştirak edib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə baş tutan təlim kitabxana-informasiya sahəsində biliklərin təkmilləşdirilməsi, virtual məkana inteqrasiya, kitabxanaçıların peşəkar fəaliyyətinin daha da artırılması məqsədilə keçirilib. Təlimdə AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin, Şəki və Lənkəran Regional Elm Mərkəzlərinin, AMEA nəzdində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat institutlarının, həmçinin Milli Azərbaycan Tarixi Muzeyi, Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunun kitabxanaçıları iştirak ediblər.
Beş gün davam edən təlimdə tədris prosesi zamanı sənəd-informasiya fondlarının formalaşdırılması, mühafizəsi, materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsi, kitabxanaların qarşısında duran yeni vəzifələr, saxlanılan informasiya vasitələrinin mübadiləsi, elmmetrik tədqiqatların kitabxana işi ilə əlaqəsi, Web of Science, Elsevier, Scopus və digər elmi istinad bazaları kimi mövzuları əhatə edib.
Təlimin sonunda bütün mövzuları mənimsəyən iştirakçılara sertifikatlar təqdim olunub.
Naxçıvan şivələrinin kompleks şəkildə tədqiqinə həsr olunan yeni monoqrafiya
Qədim türk mifologiyasının Naxçıvandakı izləri monoqrafik təqdimatda
Sankt-Peterburqdan Naxçıvanla bağlı 300-dən artıqarxiv sənədi əldə olunub
Rusiyaya ezam olunmuş tədqiqatçılar Vətənə qayıdıblar