AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Hacı Molla Məhəmməd Naxçıvaninin “Kəşkülün-Nur” əsərinin fəlsəfi aspektləri və tərbiyəvi əhəmiyyəti” adlı məqaləsi Qazaxıstanda impakt faktorlu “Elmdə sonsuz işıq” beynəlxalq elmi-praktik jurnalında dərc olunub. Məqalədə Hacı Molla Məhəmməd Naxçıvaninin “Kəşkülün-Nur” əsərinin fəlsəfi aspektləri və tərbiyəvi əhəmiyyətini ətraflı şərh edən alim hər sahənin öz xüsusiyyətinə uyğun şəkildə araşdırıldığına diqqət çəkir. Qeyd olunur ki, müəllifin dərin və hərtərəfli biliyə malik olması əsərin həm fəlsəfi aspektlərini, həm də tərbiyəvi əhəmiyyətini mahiyyət etibarilə zənginləşdirir. Əsərdəki fəlsəfi və tərbiyəvi əhəmiyyət kəsb edən amillər təkcə bu gün üçün deyil, gələcəkdə də cəmiyyətin mənəvi dəyərlər baxımından maariflənməsinə xidmət edir. Qeyd edək ki, Qazaxıstanın “Elmdə sonsuz işıq” Araşdırma Mərkəzinin nəşr etdiyi jurnal Scopus və Web of Science də daxil olmaqla 6 elmi baza ilə əməkdaşlıq edir.
Naxçıvan şivələrinin kompleks şəkildə tədqiqinə həsr olunan yeni monoqrafiya
Qədim türk mifologiyasının Naxçıvandakı izləri monoqrafik təqdimatda
Sankt-Peterburqdan Naxçıvanla bağlı 300-dən artıqarxiv sənədi əldə olunub
Rusiyaya ezam olunmuş tədqiqatçılar Vətənə qayıdıblar