AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunda seminar-məşğələ keçirilib. Seysmoloji xidmət şöbəsinin müdiri İlkin Vəlibəyov seminarda “Zəlzələlərin proqnozlaşdırılmasına yeni baxış” mövzusunda məruzə edib. Məruzədə zəlzələlərin proqnozu ətrafında müxtəlif nəzəriyyə və modellərin yaradıldığı diqqətə çatırılıb, həmin modellərdən bəziləri haqqında məlumat verilib.
Müəllifi olduğu yeni modellə bağlı seminar iştirakçılarını məlumatlandıran tədqiqatçı bildirib ki, təklif olunan yeni model zəlzələ ocağı ətrafında hansı dəyişikliklərin olacağını qabaqcadan söyləməyə imkan verən nəzəriyyədir. Bu modeldə əsas seysmik xəritələrin tərtibi, hər bir ocağa təsir edən yekun qabarma qüvvəsinin dəyişməsinin zamandan asılılıq qrafikinin qurulması və qurulmuş proqnoz əyrisi ilə seysmoqrafların illik yazılarının müqayisəli təhlili zəlzələnin dəqiq vaxtını, zəlzələ ocağı ətrafında baş verən anomal dəyişmələr isə zəlzələnin gücünü və ocağın coğrafi koordinatlarını təyin etməyə imkan verir. Qeyd olunub ki, yeni modelin elmi izahı məqalə şəklində hazırlanaraq ingilis dilinə tərcümə olunmuş, bu sahə ilə məşğul olan aparıcı təşkilatlara göndərilmişdir. Göndəriləcək rəylərə əsasən model üzərində elmi işlərin genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.
Mövzu ətrafında müzakirə aparılıb, maraq doğuran suallar cavablandırılıb.
Naxçıvan şivələrinin kompleks şəkildə tədqiqinə həsr olunan yeni monoqrafiya
Qədim türk mifologiyasının Naxçıvandakı izləri monoqrafik təqdimatda
Sankt-Peterburqdan Naxçıvanla bağlı 300-dən artıqarxiv sənədi əldə olunub
Rusiyaya ezam olunmuş tədqiqatçılar Vətənə qayıdıblar