AMEA Naxçıvan Bölməsi

Elmi-praktik seminar olub


24.02.2022 / 14:45Mühüm hadisələr



Fevralın 24-də AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən Fizika ixtisası tələbələrinin iştirakı ilə elmi-praktik seminar keçirilib.
İnstitutun Fiziki tədqiqatlar laboratoriyasının aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Məhbub Kazımov seminarda "Naxçıvan Muxtar Respublikası ərazisində günəş şüalarından istifadə yolları" haqqında tələbələrə geniş məlumat verib.