AMEA Naxçıvan Bölməsi

İşlərin ardıcıllığını təmin etmək üçün iclas olub


28.01.2022 / 17:58Mühüm hadisələr



2021-ci il sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir. Müşavirədə bölmənin elmi tədqiqat müəssisələrinin hər birinə öz istiqaməti üzrə tapşırıqlar verilmiş, AMEA Naxçıvan Bölməsinin gələcək fəaliyyəti üçün tədqiqatların istiqamətləri müəyyənləşdirilmişdir.
Həmin tapşırıqların vaxtında icrası məqsədilə AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin, elmi tədqiqat institutlarının və Elmi Kitabxanasının fəaliyyəti ilə bağlı Tədbirlər Planları hazırlanaraq təsdiq olunmuşdur.
Nəzərdə tutulan işlərin ardıcıllığını təmin etmək üçün növbəti iclas keçirilmiş, görülən işlər və qarşıya qoyulmuş məqsədlər müzakirə olunmuşdur.