AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva ABŞ-ın Nyu-York şəhərində nəşr olunan “Beynəlxalq Arxeologiya Jurnalı”nın (International Journal of Archaeology) redaksiya heyətinə üzv seçilib. İmpakt faktorlu elmi nəşrlər siyahısına daxil olan jurnal 14 elmi baza üzrə indeksə malikdir. Nəşrdə dünyanın müxtəlif ölkələrində arxeoloji tədqiqatlar zamanı aşkar olunan yeni, nəzəri məlumatlarla zəngin elmi məqalələr, arxeologiyanın müxtəlif istiqamətləri həyata keçirilən araşdırmaların nəticələri dərc olunur.
Məlumat üçün bildirək ki, ABŞ, Argentina, Bolqarıstan, Türkiyə, Çin, İspaniya, İtaliya, Almaniya və başqa ölkələrdən mütəxəssislərin yer aldığı heyətdə həmyerlimiz Azərbaycanı təmsil edən yeganə nümayəndədir. Heyət üzvləri 2 il müddətinə seçilir, yeni heyətin fəaliyyəti 2024-cü ilədək davam edəcək.
Naxçıvan şivələrinin kompleks şəkildə tədqiqinə həsr olunan yeni monoqrafiya
Qədim türk mifologiyasının Naxçıvandakı izləri monoqrafik təqdimatda
Sankt-Peterburqdan Naxçıvanla bağlı 300-dən artıqarxiv sənədi əldə olunub
Rusiyaya ezam olunmuş tədqiqatçılar Vətənə qayıdıblar