Nizaminin hikmət və nəsihətlərikitabı müzakirə edilib
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “Nizaminin hikmət və nəsihətləri” kitabı müzakirə edilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxışında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami ili” elan edilməsinin Nizami Gəncəvi irsinə, ədəbiyyatımıza verilən mühüm töhfə olduğunu bildirib. Dahi şairinin dünya və milli ədəbiyyatdakı rolundan söz açıb. Daha sonra institutun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva "Nizami Gəncəvinin həyat və yaradıcılığı", institutun elmi katibi, dosent Əhməd Qarayev isə "Hikmət və nəsihətlər kitabı" haqqında çıxış ediblər.
Naxçıvan şivələrinin kompleks şəkildə tədqiqinə həsr olunan yeni monoqrafiya
Qədim türk mifologiyasının Naxçıvandakı izləri monoqrafik təqdimatda
Sankt-Peterburqdan Naxçıvanla bağlı 300-dən artıqarxiv sənədi əldə olunub
Rusiyaya ezam olunmuş tədqiqatçılar Vətənə qayıdıblar