AMEA Naxçıvan Bölməsi

Cəmşid Naxçıvanskinin ev muzeyi ziyarət olunub


22.09.2021 / 16:57Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin kollektivi Cəmşid Naxçıvanskinin ev muzeyini ziyarət edib.
Muzeylə tanış olan qonaqlara bildirilib ki, bina 2019-cu ildə əsaslı təmir olunaraq ziyarətçilərin istifadəsinə verilib. 6 ekspozisiya zalından ibarət muzeydə bacarıqlı sərkərdənin keşməkeşli həyatını, keçdiyi şərəfli döyüş yolunu əks etdirən orden və medallar, müxtəlif sənədlər, fotoşəkillər, məktublar, şəxsi və ev əşyaları kimi dəyərli eksponatlar sərgilənir.
Araz-Türk Cümhuriyyətinin fəaliyyətini əks etdirən zalda Naxçıvanın dövlətçilik ənənələrimizdəki yeri və hökumət üzvləri haqqında məlumat verilib.