AMEA Naxçıvan Bölməsi

Nəbatat bağına ekskursiya təşkil olunub


01.05.2021 / 13:44Mühüm hadisələr



Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə həyata keçirdiyi “Sabahın tədqiqatçıları" layihəsi çərçivəsində bir qrup müəllim və müxtəlif məktəblərin 9-11-ci sinif şagirdləri 30 aprel 2021–ci il tarixdə Naxçıvan Bölməsinin Nəbatat bağında olublar.
Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev ekskursiya zamanı gənc tədqiqatçılara Nəbatat bağının bitkiliyi, burada aparılan elmi-tədqiqat işləri, toplanan meyvə və üzüm genofondu bağları, dekorativ bitkilər, yerli və xarici floralara məxsus bitkilər, həmçinin bağın istilikxanasında toplanılan, başqa ölkələrdən gətirilmiş bitkilər haqqında geniş məlumat verib.
Daha sonra AMEA Naxçıvan Bölməsinin alimlərindən gənc tədqiqatçıların apardıqları tədqiqat işlərinə uyğun olaraq dosent Pərviz Fətullayev taxıl genofondu, dosent Zülfiyyə Salayeva Süsənlər, dosent Namiq Abbasov balverən bitkilər, dosent Ramiz Ələkbərov acı yovşan, elmi işçi Hüseyn Rəsulzadə isə amfibilər haqqında ətraflı məlumat verərək məktəbliləri maraqlandıran sualları cavablandırıblar.