AMEA Naxçıvan Bölməsi

Tərcümə mətnlərinin müzakirəsi keçirilib


01.04.2021 / 10:38Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hamiliyə verilmiş Tərcümə (ərəb-Azərbaycan) ixtisası üzrə III kurs tələbələrinin tərcümə etdiyi mətnlərin müzakirəsi keçirilib.
Fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək belə müzakirələrin əhəmiyyətindən danışıb. Sonra tələbələrin tərcümə etdiyi “Bir kərə yüksələn bayraq bir daha enməz”, “Novruz bayramı”, “Şəhidlər xiyabanı”, “Azərbaycan dili”, “Təbiəti qorumaq vətəni qorumaq deməkdir” adlı mətnlər oxunaraq müzakirə edilib.
Tərcümə olunan mətnlərlə bağlı fond əməkdaşlarının müsbət rəyləri ilə yanaşı, bəzi iradları da tələbələrin diqqətinə çatdırılıb. Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov tərcüməçilik sənəti haqqında tələbələrə müəyyən məsləhətlər verib.
Növbəti məşğələ üçün tələbələrə müxtəlif mövzular üzrə yeni mətnlər təqdim edilib.