AMEA Naxçıvan Bölməsi

1918-ci il soyqırımı həqiqətlərini əks etdirən virtual sərgi


31.03.2021 / 14:54Mühüm hadisələr



AMЕA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual sərgi təşkil olunub. Sərgidə Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırımlar və soyqırım qurbanlarının faciəvi qətlini əks etdirən sənəd və materiallar nümayiş etdirilir. Sərgilənən materiallar arasında “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “1918-ci il qırğınları”, “Bakıda Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”, “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)”, “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı canlı xatirələrdə”, “1918-ci il qırğınları”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü tarixindən bəzi məqamlar”, “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında”, “Şamaxı soyqırımı 1918” və digər bu qəbildən olan kitablar nümayiş olunur. Sərgi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://docs.google.com/presentation/d/1t7AkkUuK64TLwbqw1ILCAiA4GcbEvH-DQyB5om2q96Q/mobilepresent?slide=id.p