AMEA Naxçıvan Bölməsi

Gənclər Fondunun kollektivi Nəbatat bağında olub


02.03.2021 / 11:16Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun kollektivi 27 fevral tarixində AMEA Naxçıvan Bölməsinin Nəbatat Bağını ziyarət edib.
Bölmənin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev ziyarətçilərə Nəbatat bağı haqqında ətraflı məlumat verərək burada becərilən bitkilər və onlara qulluq qaydalarından bəhs edib.
Nəbatat bağının istilikxanasında ayrı - ayrı iqlim qurşaqlarına məxsus bitki növləri və onlar üzərində aparılan elmi tədqiqat işlərinə diqqət çəkən T.Paşayev qeyd edib ki, muxtar respublikanın iqlim şəraitinə uyğunlaşan bitkilər yaşıllaşdırmada və dekorativ bağçılıqda istifadə olunur.