AMEA Naxçıvan Bölməsi

Əməkdaşımızın məqaləsi dünya alimlərinin marağına səbəb olub


10.02.2021 / 14:36Mühüm hadisələr



   AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun “Qədim dövr arxeologiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin Türkiyə Elmlər Akademiyasının “Arxeologiya” jurnalında (TUBA-AR) “Azərbaycanın Son Neolit və İlk Eneolit dövrü mədəniyyətlərinin Şimal-Qərbi İran ilə (İran Azərbaycanı) əlaqələri” adlı məqaləsi nəşr olunmuşdur.

   Məqalədə Neolit dövrünün son mərhələsində Naxçıvan və Aran Qarabağın arxeoloji mədəniyyətlərində ümumi bənzərliyin meydana gəldiyi, Neolit dövrünün sonuncu mərhələsində bu bölgə üçün basmanaxışlı keramikanın xarakterik olduğu göstərilmiş, Naxçıvan və Qarabağın Neolit mədəniyyətinin Naxçıvan və İran Azərbaycanını əhatə edən Dalma Təpə mədəniyyətinin formalaşmasına mühüm rol oynadığı qeyd edilmişdir. Tədqiqat əsəri elm aləmində geniş rezonans doğurmuş İran İslam Respublikasından prof. Mahnaz Şərifi, Akbar Abedi, Fransadan prof. Beril Lyonet, Almaniyadan prof. Judith Tomalski və digər tədqiqatçılar, o cümlədən Azərbaycan arxeoloqları məqaləni fundamental tədqiqat əsəri kimi dəyərləndirərək öz rəylərini yazmışlar.