AMEA Naxçıvan Bölməsi

Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə nişanı ilə təltif haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı


21.01.2021 / 14:10Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunması haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə Hacıyev İsmayıl Muxtar oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin.

 


Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri


Naxçıvan şəhəri, 21 yanvar 2021-ci il