AMEA Naxçıvan Bölməsi

Akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə virtual sərgi təşkil olunub


21.01.2021 / 10:21Mühüm hadisələr



   Azərbaycan tarixi və ictimai fikrinin tədqiqi və təbliğində böyük xidmətləri olan görkəmli şəxsiyyət, böyük alim, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yeni dövr tarixşünaslığında özünəməxsus yer tutan, Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbinin tədqiqində xüsusi xidmətləri olan alimdir. Onun tədqiqatlarında Naxçıvan Muxtar Respublikasının tarixi, keçdiyi kəşməkəşli inkişaf yolu bütün yönləri ilə əsaslı şəkildə araşdırılmışdır.
   Yanvarın 21-də görkəmli alim, akademik İsmayıl Hacıyevin 70 yaşı tamam olur. Bu münasibətlə AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanası tərəfindən hazırlanan sərgi virtual rejimdə oxuculara təqdim olunub. Virtual sərgidə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, elmi redaktoru, tərtibçisi olduğu kitabları, müxtəlif jurnal və qəzetlərdə dərc olunan məqalələri, həmçinin haqqında yazılan məqalələr nümayiş olunur. “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Heydər Əliyev siyasəti tarixdə və günümüzdə”, “Naxçıvan tarixinə dair qaynaqlar”, “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində”, “Территориальные притязания и кровавые преступления армян против Азербайджана”, “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, “Tarihte ve günümüzde Nahçıvan”, “Naxçıvanlı diplomatlar”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” və başqa kitablar sərgidə nümayiş olunan resurslar sırasındadır.
   Sərgi ilə buradan tanış ola bilərsiniz.