AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında yeni virtual sərgi təşkil olunub


22.01.2021 / 13:25Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında bölmə əməkdaşlarının 2020-ci il ərzindəki fəaliyyətini əhatə edən əsərlərindən ibarət sərgi virtual rejimdə oxuculara təqdim olunub.

“Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi - 2020” adlı sərgidə “Нахчыван в истории государственности Азербайджана”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)”, “Cəhrili alimlər”, “Nağı Nağıyev: taleyi və sənəti”, “Qədim Culfa”, “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı”, “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı”, “Əlincəçay mahalının epiqrafik abidələri”, “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz”, “Naxçıvan teatrında rejissor sənəti”, “Azərbaycan faunasının taksonomik spektri (Onurğalılar)”, “Qısa kimya ensiklopediyası” və digər kitab, monoqrafiyaların elektron versiyaları nümayiş olunur. Burada həmçinin bölmənin dövrü nəşrləri olan “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının elektron versiyaları da yerləşdirilib.

Naxçıvan Bölməsində il ərzində keçirilən tədbirləri, eləcə də gənc nəsildə elmə marağın artırılması üçün görülən işləri, qazanılmış nailiyyətləri əks etdirən fotoşəkillər də nümayiş olunan materiallar sırasındadır. Sərginin hazırlanmasında əsas məqsəd dövriyyəyə yeni daxil olmuş əsərləri geniş oxucu kütləsinə təqdim etməkdir.

Sərgi ilə buradan tanış ola bilərsiniz.