AMEA Naxçıvan Bölməsi

Elektron Akademiyanın əməkdaşları Naxçıvanda olublar


19.04.2024 / 16:00Tədbirlər



AMEA Rəyasət Heyəti Elektron Akademiya şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və baş mütəxəssis Anar Nəbiyev AMEA Naxçıvan Bölməsində olublar.
Qonaqlar əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyevlə, daha sonra Naxçıvan Bölməsi Aparatının Elektron xidmətlər şöbəsinin əməkdaşları ilə görüşüblər.
Görüş zamanı Elektron Akademiya şöbəsi tərəfindən görülən işlər, əldə olunan nəticələr və perspektivdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.