20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində hüzn və kədər günü olmaqla yanaşı, həm də qəhrəmanlıq və şərəf günüdür. Bu faciənin 33-cü ildönümü ilə əlaqədar AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qanlı 20 Yanvar” adlı sərgi hazırlanıb. Sərgidə “Heydər Əliyev müstəqilliyimiz əbədidir”, “Azərbaycan tarixi”, “Naxçıvan 20 Yanvar ərəfəsində”, “Şahbuzlu şəhidlər”, “Sədərək harayı”, “Qələbəyə gedən yol”, “Ermənilər və həqiqətlər”, “Qara Yanvar Bakı - 1990”, “Şənbə gecəsinə gedən yol”, “Ülviləşən Ülvim”, “Analar anar ağlar” və digər bu qəbildən olan kitablar nümayiş olunur. Sərgi bu ayın sonuna kimi ziyarətçilərin ixtiyarında olacaq.
Naxçıvan şivələrinin kompleks şəkildə tədqiqinə həsr olunan yeni monoqrafiya
Qədim türk mifologiyasının Naxçıvandakı izləri monoqrafik təqdimatda
Sankt-Peterburqdan Naxçıvanla bağlı 300-dən artıqarxiv sənədi əldə olunub
Rusiyaya ezam olunmuş tədqiqatçılar Vətənə qayıdıblar