AMEA Naxçıvan Bölməsi

Nəbatat bağı ziyarət olunub


19.02.2022 / 14:43Tədbirlər



Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları fevralın 19-da AMEA Naxçıvan Bölməsinin Nəbatat bağını ziyarət ediblər.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev ziyarətçilərə Nəbatat bağının yaradılması, fəaliyyəti, burada yerinə yetirilən tədqiqatların mahiyyəti haqqında ətraflı məlumat verib.
Bağın təcrübə sahəsində becərilən müxtəlif torpaq və iqlim xüsusiyyətlərinə malik ağac və kol bitkiləri haqqında məlumat alan qonaqlar, dekorativ, tropik, subtropik və başqa bitkilər üzərində aparılan araşdırmalarla tanış olublar. Nəbatat bağının istixanasındakı nadir bitkilər kolleksiyası Fond əməkdaşlarının marağına səbəb olub.