AMEA Naxçıvan Bölməsinin 2021-ci ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat iclası keçirilib.
İclası giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev cari ilin altı ayı ərzində yerinə yetirilən işlər, əldə olunan nailiyyətlərdən bəhs edib. Alim bu ilki göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisə edərək əsərlərin kəmiyyət və keyfiyyət göstəricilərində artımın müşahidə olunduğunu diqqətə çatdırıb, ilin ikinci yarısına yönəlik təkliflər irəli sürüb.
Daha sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Bölmənin 2021-ci ilin altı ayı ərzindəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə edib. Məruzədə qeyd olunub ki, AMEA Naxçıvan Bölməsi hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələrilayiqincə yerinə yetirməyə çalışıb.
2021-ciilin birinci yarısında Bölmə əməkdaşlarının 10 monoqrafiyası, 5kitabı, 240 elmi məqaləsi, 122 konfrans materialı və 1 tezisi çap olunub, bir xəritə tərtib edilib. Əsərlərdən 3 monoqrafiya, 49 məqalə, 50 konfrans materialı xaricdə nəşr olunub. Məqalələrin 33-ü impakt faktorlu jurnallarda çapdan çıxıb, bunlardan 7-si ClarivateAnalytics (Thomson Reuters) indekslidir. Bölmənin“Elmi əsərlər”və“Axtarışlar” jurnallarının hər birinin 2 nömrəsinəşr olunub.Bölmə əməkdaşları ölkə mətbuatında aktivlik nümayış etdirərək çoxsaylı qəzet və internet portallarında məqalələr dərc etdiriblər. Elmi əsərlərin keyfiyyət göstəricilərinin artması ilə əlaqədar olaraq cari ilin 6 ayı ərzində əməkdaşların əsərlərinə 704 istinad qeydə alınıb.İkibeynəlxalq səviyyəliqrant layıhəsinin icrası uğurla davam etdirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin məktubu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınması ilə bağlı həyata keçirilənlayihə çərçivəsində 3189 kvadrat kilometr sahəni əhatə edən geopark ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilmiş və əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanmışdır.
7 noyabr 2020-ci il tarixdə keçirilən “Ailə təsərrüfatı məhsulları yarmarkası”nda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən istehsal olunan məhsul çeşidlərinin artırılması, çaytikanı yağı istehsalına xüsusi diqqət yetirilməsi və “Yaşıl aptek”də satışının təşkil edilməsi ilə bağlı tapşırığının icrasını təmin etmək məqsədilə Biokimyəvi tədqiqatlar laboratoriyasının Ordubad rayonunun Aşağı Əylis kəndində yerləşən ərazisində yeni çaytikanı tingləri əkilmişdir. Bölmənin Nəbatat bağında və Aşağı Əylis kəndindəki ərazisində yeni və məhsuldar meyvə sortlarının əldə edilməsi üçün calaq işləri aparılmışdır. 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, “Şorsu” palçığının istehsalı və satışı işi davam etdirilmişdir.
Hesabat dövründə AMEA Naxçıvan Bölməsi 20-dən çox elm və təhsil mərkəzi və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələrdə оlmuş, səmərəli əməkdaşlıq etmişdir. Bölmədə bir respublika səviyyəli konfrans, 2 muxtar respublika səviyyəli konfrans, Bölməsəviyyəli 11 elmi konfrans, 8tədbir, Oxunması zəruri olan 5 kitabın müzakirəsi və 8 təqdimat keçirilmişdir.
İlin birinci yarısında akademik İsmayıl Hacıyev “Şöhrət” ordeni, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, AMEA-nın və Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanları, professor Tofiq Əliyev və kimya elmləri doktoru Bayram Rzayev AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmiş, dosent Fizzə Məmmədova “Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü, dosentGünel Məmmədova Hindistanın “Şərqin kimya jurnalı”nın redaksiya heyətinə üzv seçilmiş, dosentZeynəb Quliyevanın elmi məqaləsi Rusiya Federasiyasının Ümumrusiya elmi-tədqiqat işləri cəmiyyəti tərəfindən sertifikat almış və II dərəcəli diploma layiq görülmüşdür.
Bölmədə elmi kadr potensialın artırılmasının diqqət mərkəzində saxlanıldığını söyləyən dosentO.Bağırov yarımil ərzində bir əməkdaşın elmlər doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdiyini,Bölmənin Dissertasiya Şurasında 3 fəlsəfə doktorluğu dissertasiyası müdafiəsinin və 2 müzakirənin keçirildiyini bildirib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasənNaxçıvan Dövlət Universitetinin AMEA NaxçıvanBölməsinə hamiliyə verilmiş5 ixtisas üzrə təhsil alan tələbələrin iştirakı iləseminarlar, açıq dərslər, laboratoriya məşğələlərikeçirilmiş, elmi dərəcəsi olan 50 əməkdaş muxtar respublikanın 29 ümumtəhsil məktəbində 8 fənn üzrə nümunəvi dərslər tədris etmişlər. AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan MR Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərindən 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilmiş və uğurlu nəticələr əldə olunmuşdur.
Sonda AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvlərindən AMEA-nın müxbir üzvləri Tofiq Əliyev, Hacıfəxrəddin Səfərli, Vəli Baxşəliyev və Əbülfəz Quliyev çıxış edərək hesabatı qənaətbəxş hesab etmiş, Bölmənin daha səmərəli fəaliyyəti ilə bağlı təkliflər irəli sürüblər. Çıxışlarda bu yüksəliş tempinin davamlı olacağına əminlik ifadə olunub.
Naxçıvan şivələrinin kompleks şəkildə tədqiqinə həsr olunan yeni monoqrafiya
Qədim türk mifologiyasının Naxçıvandakı izləri monoqrafik təqdimatda
Sankt-Peterburqdan Naxçıvanla bağlı 300-dən artıqarxiv sənədi əldə olunub
Rusiyaya ezam olunmuş tədqiqatçılar Vətənə qayıdıblar