AMEA Naxçıvan Bölməsi

Axtarışlar jurnalının növbəti sayı işıq üzü görüb


11.12.2020 / 18:43Yeni nəşrlər



   AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının bu ilə olan üçüncü sayı nəşr olunub.

   Jurnalda ədəbiyyatşünaslıq, folklor, dilçilik və sənətşünaslıq sahəsində aparılmış müxtəlif mövzulu elmi tədqiqatlar öz əksini tapıb.
Yenicə işıq üzü görmüş nəşrdə “Professor Hüseyn Həşimli və Naxçıvan ədəbi mühiti”, “Naxçıvan teatrı haqqında xatirələr”, "Məmməd Araz poemalarında folklor və xalq lirikası ”, “Qədim türk Hürrü tanrı adlarının Naxçıvan ərazisi toponimlərində izləri”, “Azərbaycan dilinin Sədərək rayon şivələrində fonetik hadisə və qanunlar”,"Bəxtiyar Vahabzadə dramaturgiyası Naxçıvan teatrında" və digər mövzulu məqalələr yer alıb.