AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsində iki elmi-tədqiqat institutunun hesabatı dinlənilib


01.12.2020 / 12:02Tədbirlər



   AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya və İncəsənət, Dil və Ədəbiyyat İnstitutlarının 2020-ci il ərzində elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.

   Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək hesabat dövründə hər iki institutun fəaliyyətlərini yüksək qiymətləndirmiş və qarşıya qoyulan vəzifələrə nail olunduğunu bildirib.

   Yığıncaqda çıxış edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli institut əməkdaşlarının cari il üçün hesabatı haqqında məlumat verib.

   2020-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda 1 istiqamət, 1 problem və 1 mövzusu ətrafında 8 iş üzrə 16 mərhələdə elmi-tədqiqat işləri aparıldığını deyən alim bildirib ki, hеsаbаt dövründə Аzərbаycаnın ayrılmaz tərkib hissəsi оlan Nахçıvаn bölgəsinin tаriхinin müхtəlif prоblеmlərinə dair araşdırmalar aparılmış, Nахçıvаnın аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dаir tədqiqаtlаr davam etdirilmişdir. Ümumilikdə 2020-ci ildə əməkdаşlаrın 144 еlmi əsəri (37-si xaricdə, 7-i impakt faktorlu, 3-ü Web of science indeksli jurnalda) və 67 qəzеt məqаləsi nəşr оlunub. Çap olunan elmi əsərlərdən 10-u monoqrafiya, 1-i isə kitabdır.

   H.Səfərli qeyd edib ki, hesabat dövründə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin şərtlərinə ciddi əməl edən əməkdaşlar elmi fəaliyyətlərinə onlayn şəkildə davam etmiş, müxtəlif konfranslarda, kitab təqdimatlarında iştirak etmiş, internet portallarına məqalələr yerləşdirmişlər.

   Daha sonra çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, rəhbəri olduğu qurumda il ərzində 1 prоblem və 1 mövzunu əhatə edən 6 iş üzrə 23 mərhələdə tədqiqatlar davam etdirilmişdir.

   Əbülfəz Quliyev bildirib ki, 2020-ci ildə institut əməkdaşlarının 249 elmi əsəri, о cümlədən 1-i xaricdə olmaqla 7 monoqrafiyası, 1-i həmmüəlliflə olmaqla 7 kitabı, 36-sı xaricdə olmaqla 226 elmi məqalə və konfrans materialı dərc оlunub. Çap olunan əsərlərin 40-ı xaricdə olmaqla 147-si beynəlxalq kodludur. Hesabat dövründə əməkdaşların 535 qəzet və sayt məqaləsi müxtəlif KİV-də dərc olunub.
    Vurğulanıb ki, İnstitut əməkdaşları müxtəlif kütləvi informasiya vasitələrində, Naxçıvan Muxtar Respublikasının televiziya və radiolarında mütəmadi olaraq elmi-bədii, publisistik verilişlərdə iştirak edərək Naxçıvanın mədəni və ədəbi mühiti, görkəmli şəxsiyyətləri barədə məlumat vermişlər. Həmçinin Naxçıvan fоlklоru onun qədim etnogenezi, xalq yaradıcılığı, o cümlədən yallı xalq ənənəvi qrup rəqsləri, eləcə də Naxçıvanda digər sənət növləri barədə müxtəlif verilişlərin qonağı olmuşdur.

   Sonda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək hər iki elmi tədqiqat müəssisəsinin hesabatını yüksək qiymətləndirmiş və hesabatın qəbul olunmasını təklif etmişlər.