AMEA Naxçıvan Bölməsi

Naxçıvan teatrında rejissor sənətinə dair monoqrafiya işıq üzü görüb


06.10.2020 / 13:59Yeni nəşrlər



    AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Naxçıvan teatrında rejissor sənəti” adlı monoqrafiyası çapdan çıxıb.

   Beş illik iş planının nəticəsi olan monoqrafiya teatrşünaslıq sənətinin aktual məsələlərini özündə əks etdirən mükəmməl tədqiqat əsəridir. 

   Nəşrdə Naxçıvan teatrında fəaliyyət göstərən rejissorların yaradıcılıq yolları arxiv sənədləri, dövrü mətbuat materialları əsasında müxtəlif mərhələlər üzrə araşdırılıb. Naxçıvan teatr tarixinin əsaslı şəkildə, elmi-nəzəri baxımdan araşdırılması ilə bərabər, bir sıra əsas tezislər də elmi baxımından sistemli şəkildə tədqiqata cəlb olunub.

   Monoqrafiyanın ayrı-ayrı fəsillərində teatrın zəngin inkişaf yolu, burada oynanılan tamaşaların milli və siyasi əhəmiyyəti, eləcə də rejissorluq sənətindən geniş bəhs olunur.