AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsində Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib


08.01.2021 / 17:20Tədbirlər



    AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin 2021-ci ildə ilk iclası keçirilib.

   İclası giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Sonra Naxçıvan Bölməsinin 2021-ci il üçün İş planı oxunaraq,müzakirələrdən sonra təsdiq edilib.

   Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Naxçıvan Bölməsinin Elmi-tədqiqat institutlarının İş planları haqqında məlumat verib. Müzakirəyə çıxarılmış İş planlarının bəzi əlavə və dəyişikliklər edilməklə qəbul edilməsi məqsədəuyğun hesab olunub.

   Daha sonra Elm və təhsil şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova doktorant və dissertantların attestasiyadan keçirilməsi, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun yekunları haqqında məlumat verib. İclasda həmçinin Bölmənin təhsil müddətini bitirən doktorant və dissertantlarının doktorant və dissertantlıqdan azad olunmaları ilə bağlı məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

   Sonda Naxçıvan Bölməsinin bəzi əməkdaşlarının vəzifə və dərəcələrinin artırılması və digər cari məsələlər müzakirə edilib.