Naxçıvan Muxtar Respublikası florasında ali bitkilərin müasir vəziyyəti öyrənilmiş, Naxçıvan MR-in ilk dəfə olaraq ali bitkilər üzrə flora spektri hazırlanmış, ərazidə mövcud növlərin müasir vəziyyəti araşdırılmış, təbii ehtiyatı bol olan mindən çox bitki növündən, təqribən 700-dən çoxunun dərman və ya texniki bitki kimi istifadə imkanları göstərilmiş, endemik, nadir və məhv olmaq təhlükəsi altında olan bitki növləri müəyyənləşdirilərək, onların qorunması üçün tədbirlər planı hazırlanmışdır. Ərazi florasına 100-dən çox bitki növü əlavə edilmişdir ki, onlardan 3 növü Qafqaz florası üçün yenidir. Zəhərli və ofissinal dərman bitkilərinin yayılma zonaları və təbii ehtiyatı müəyyənləşdirilmiş, Naxçıvan MR florasının Qırmızı Kitabı nəşr edilmişdir. Naxçıvan MR faunasının onurğalıları, onların müasir vəziyyəti və nadir növləri öyrənilmiş, ilk dəfə olaraq muxtar respublika üzrə onurqalıların taksonomik spektri hazırlanmış və nadir növlərin mövcud vəziyyəti araşdırılmış, Qırmızı Kitabı nəşr edilmişdir. Hazırda Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyinin öyrənilməsi üçün tədqiqatlar davam edir.
İsmayıl Muxtar oğlu Hacıyev
Zülfiyyə Hüseyn qızı İsmayıl
Kubra Sabir qızı Vəliyeva
Orxan Rza oğlu Bağırov