AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən “Naxçıvan Muxtar Respublikası - 100 il” adlı daycest tərtib olunub.
Daycest AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın redaktorluğu ilə Elmi Kitabxananın əməkdaşı Məlahət Əhmədli tərəfindən tərtib olunub.
Daycestdə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının və müxtəlif müəlliflərin Naxçıvan Muxtar Respublikasının yaradılması, keçdiyi tarixi yol, iqtisadi-siyasi həyatı, ədəbi mühiti, flora və fauna sistemi ilə bağlı dərc olunmuş kitab və məqalələri araşdırılmış, qısa məzmunları verilmişdir.